Vəkillər Kollegiyasının üzvləri üçün ixtisasartırma təlimi təşkil edilib


  • 11 Oktyabr 2021 16:35

Bu gün Vəkillər Kollegiyası ilə Ədliyyə Akademiyasının birgə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri üçün “Oktyabrın 1-dən qüvvəyə minmiş Mülki Prosessual qanunvericiliyə edilmiş dəyişikliklər” mövzusunda onlayn qaydada ixtisasartırma təlimi təşkil edilib.

E-huquq.az xəbər verir ki, tədbirdə Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru Şahmar Məmmədov açılış nitqi ilə çıxış edərək Vəkillər Kollegiyasının sədri, Anar Bağırovun adından təlimdə təlimçi qismində iştirak edən Ali Məhkəmənin Mülki Kollegiyasının sədri, Sənan Hacıyevi və təlim iştirakçılarını salamlayıb, təlim üzrə mövzunun aktuallığından, əhəmiyyətindən danışıb və təlimin işinə uğurlar arzulayıb.

Şahmar Məmmədov həmçinin vurğulayıb ki, Mülki Prosessual Məcəlləyə edilən son dəyişikliklər vəkillərin üzərinə böyük məsuliyyət qoymaqla bərabər, onlara göstərilən böyük etimaddır.

Daha sonra cənab Sənan Hacıyev tərəfindən tədbir iştirakçıları salamlayıb və təlim keçirilib.

Sonda vəkillərin sualları Sənan Hacıyev tərəfindən cavablandırıb.

Oxşar xəbərlər