Vəkillər üçün ixtisasartırma kursu keçirilib


  • 1 Noyabr 2021 12:44

Avropa Şurasının Bakı Ofisi ilə əməkdaşlıq çərçivəsində “Gender Bərabərliyi və Media Azadlığı” mövzusunda ixtisasartırma kursu keçirilib.

E-huquq.az xəbər verir ki, 28 və 29 oktyabr 2021-ci il tarixlərində Vəkillər Kollegiyasının üzvləri üçün Avropa Şurasının Bakı Ofisi ilə Ədliyyə Akademiyasının birgə əməkdaşlığı çərçivəsində “Gender Bərabərliyi və Media Azadlığı” mövzusunda ixtisasartırma kursu təşkil edilib.

Təlim Avropa Şurasının eksperti Juan Barata tərəfindən keçirilmişdir. Təlimdə gender bərabərliyi və media azadlığına dair beynəlxaq standartlar, Azərbaycanda gender bərabərliyinin hazırki vəziyyyəti, qadınların mediada rolu, gender bərabərliyi və media azadlığının rolu və s. məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Sonda müzakirə təşkil olunub və vəkillərin sualları təlimçi tərəfindən cavablandırılıb.

Oxşar xəbərlər