Vəkillik fəaliyyətində gəlir vergisi mexanizmi dəyişir


  • 3 Noyabr 2021 13:53

Vəkil qurumununun vəkilləri tərəfindən göstərilən vəkillik fəaliyyəti ilə bağlı vəkil qurumuna daxil olan ödənişlərin vəkillərə ödənilən hissəsinin vergidən azad olunması təklif edilir.

E-huquq.az-ın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

"Vəkil qurumunun tərkibində fəaliyyət göstərən vəkillər tərəfindən göstərilən, yaxud göstərilməsi nəzərdə tutulan vəkillik fəaliyyəti ilə bağlı vəkil qurumuna daxil olan ödənişlərin vəkillərə ödənilən, yaxud ödənilməsi nəzərdə tutulan hissəsi qurumun vergi tutulan gəlirlərinə aid edilmir", - sənəddə deyilir.

Oxşar xəbərlər