Vəkillər Kollegiyasından Mediasiya Şurasına DƏSTƏK


  • 4 Noyabr 2021 20:30

Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.

E-huquq.az-ın məlumatına görə, iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov qarşıdan gələn 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbəmizin birinci ildönümünü – Zəfər Günü və Dövlət bayrağı günü münasibətilə bütün vəkilləri və iclas iştirakçılarını səmimi qəlbdən təbrik edib.

Rəyasət Heyətinin iclasında vəkilliyə qəbulla bağlı əvvəllər vəkil və ya hakim olmuş 8 vəkilliyə namizəd vəkillik haqqında qanunvericiliyin tələblərinə əsasən, icbari təlimə cəlb olunmadan onlayn qaydada and içərək vəkilliyə qəbul edilib.

Sonra iclasda Azərbaycan Respublikası Mediasiya Şurasının fəaliyyətinə dəstək verilməsi ilə bağlı müraciəti nəzərə alınaraq Şuranın təsisçilərindən biri kimi mediasiyanın normal fəaliyyətinin təşkili üçün ianənin göstərilməsi ilə bağlı müsbət qərar qəbul edilib.

İclasda həmçinin Milli Məclisin deputatı Kamal Cəfərovun Bakı Dövlət Universitetinin Hüquq fakültəsi kitabxanasının təmiri haqqında müraciətinə baxılmış və kitabxananın təmiri və yenidən bərpası məqsədi ilə vəkilliyin inkişaf fondundan ianənin ayrılması ilə bağlı qərar qəbul edilib.

Həmçinin iclasda bir sıra intizam məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul edilib.

Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.

Oxşar xəbərlər