- 6 İyul 15:45
Vəkillər Kollegiyasında qarşıdan gələn Konstitusiya günü münasibətilə keçirilən tədbirlər çərçivəsində 11.11.2021-ci il tarixində Kollegiyanın sədri Anar Bağırovun iştirakı ilə Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küç. 1058 ünvanında yerləşən 33 saylı Vəkil Bürosunun yeni ofisinin açılışı keçirilib.
E-huquq.az xəbər verir ki, 33 saylı Vəkil Bürosunun müdiri Elxan Süleymanlı məlumat verərək bildirib ki, 2 mərtəbədən ibarət olan büro 12 vəkil otağı, 1 konfidensial görüş otağı, sanitar qovşaq, mətbəxdən ibarət olmaqla hər cür mebellə təchiz olunmuş və vəkillərin fəaliyyəti üçün rahat, komfortlu şəraitə malikdir. Büroda vəkillərin vətəndaşlarla görüşü üçün hər cür şərait yaradılıb.
Anar Bağırov öz növbəsində yeni yaradılmış büronun ümumi şəraitini yüksək qiymətləndirib, əhaliyə yüksək keyfiyyətli və peşəkar hüquqi yardım göstərilməsi üçün vəkillərin iş şəraitinin və fəaliyyət göstərdikləri yerlərin yüksək standartlara cavab verməsinin əhəmiyyətini vurğulayıb, bundan başqa Respublika ərazisində fəaliyyət göstərən bütün vəkil qurumlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması üzrə aparılan tədbirlər barəsində məlumat verib.
Bundan başqa, görüş zamanı büroda fəaliyyət göstərən vəkillərin iştirakı ilə iclas keçirilib, Kollegiya rəhbərliyi vəkillərin peşə fəaliyyəti zamanı üzləşdikləri problemləri və təkliflərini dinləyib, vəkilləri maraqlandıran suallar cavablandırılıb.