"Mirzəyev və partnyorları" Vəkil Bürosu Konstitusiya Günü münasibətilə pulsuz hüquqi yardım aksiyasına başlayır


  • 12 Noyabr 2021 13:11

"Mirzəyev və partnyorları" Vəkil Bürosu vətəndaşlara pulsuz hüquqi yardım göstərəcək.

E-huquq.az-ın məlumatına görə, 12 noyabr - Konstitusiya Günü münasibətilə büroda aztəminatlı əhali üçün pulsuz hüquqi yardım aksiyası təşkil olunacaq.

Aksiya eyni zamanda şəhid ailələri və Vətən müharibəsi iştirakçılarını da əhatə edəcək.

Pulsuz hüquqi yardım aksiyası noyabr ayının sonunadək davam edəcək.

Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, Azure Business Center

Əlaqə nömrəsi: (+99412) 310 09 88

Oxşar xəbərlər