Bakıda daha bir vəkil bürosunun yeni ofisinin açılışı oldu - FOTO


  • 16 Noyabr 2021 14:18

Noyabrın 15-də Vəkillər Kollegiyasının sədri Anar Bağırovun iştirakı ilə “Verdiktum” Vəkil Bürosunun yeni ofisinin açılışı olub.

E-huquq.az-ın məlumatına görə, A.Bağırovu büroda aparılmış yenidənqurma işləri ilə tanış edən büronun müdiri Zaur İbadov görülmüş işlər barədə məlumat verib, vəkillərin fəaliyyət göstərməsi üçün lazımi şəraitin yaradıldığını, konfidensial görüş otaqlarının ayrıldığını, o cümlədən büronun müasir kompüter və digər avadanlıqlarla təchiz olunduğunu bildirib.

Vəkillər Kollegiyasının sədri öz növbəsində büroda aparılmış təmir işlərini yüksək qiymətləndirib və vətəndaşlara yüksək keyfiyyətli və peşəkar hüquqi yardımın göstərilməsi üçün vəkillərin iş şəraitinin və fəaliyyət göstərdikləri yerlərin yüksək standartlara cavab verməsinin əhəmiyyətini, bu məsələnin Azərbaycan Respublikası Prezidentinin 22.02.2018-ci il tarixli Sərəncamında da öz əksini tapdığını bildirib, Respublika ərazisində fəaliyyət göstərən bütün vəkil qurumlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan işlər barəsində məlumat verib.

Bundan başqa, görüş zamanı büroda fəaliyyət göstərən vəkillərin iştirakı ilə iclas keçirilib, Kollegiya rəhbərliyi vəkillərin peşə fəaliyyəti zamanı üzləşdikləri problemləri və təkliflərini dinləyib, onlara Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən son dövrlərdə görülmüş tədbirlər, qarşıda duran işlər barədə məlumat verilib, vəkilləri maraqlandıran suallar cavablandırılıb.

Oxşar xəbərlər