Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Yüksəliş” müsabiqəsinin qalibi Orxan Qazı zadə ilə mentorluq proqramına başlayıb.
E-huquq.az xəbər verir ki, proqram çərçivəsində O.Qazı zadə üçün "Prokuror-vəkil münasibətləri, nəzəri və təcrübi məsələlər” mövzusunda icbari təlim kursu keçirilib.
Təlim noyabrın 22-də Ədliyyə Akademiyasında baş tutub.
Qeyd edək ki, “Yüksəliş" müsabiqəsinin şərtlərinə əsasən, qalib bir il müddətində müsabiqənin idarəçi rəhbəri ilə mentorluq proqramı çərçivəsində əməkdaşlıq etməklə, təcrübə keçir. Hazırda mentorluq proqramı çərçivəsində müsabiqənin idarəçi rəhbərləri ilə qalibləri arasında görüşlər davam edir.
