- 28 İyun 13:50
Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Bəhruz Məhərrəmov vəkillərin pensiya təminatı ilə bağlı məsələyə toxunub.
E-huquq.az-ın məlumatına görə, deputat vəkillərin pensiya təminatı ilə bağlı problemlər olduğunu deyib.
O bildirib ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda prokurorluq, məhkəmə və s. orqanların pensiya təminatının yaxşılaşdırılması ilə bağlı güzəştlər nəzərdə tutulsa da, vəkilliyə münasibətdə bu yanaşma yoxdur: "Vəkilin vergi yükünün azaldılması, dövlət hesabına hüquqi yardıma görə ödənişin vergidən azad edilməsi, vəkillərin pensiya təminatının vəkil adına layiq formada həlli xərc yox, bizim üçün yeni perspektivlər deməkdir".
Spiker Sahibə Qafarova isə deyib ki, indi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ilə bu məsələni danışıb: “Əli müəllim dedi ki, yaxın vaxtlarda bu məsələ müzakirə ediləcək”.