Məzmuna keç

Anar Bağırov Türkiyə Barolar Birliyinin yeni sədrini təbrik etdi

Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov Türkiyə Barolar Birliyinin yeni seçilən başkanı Erinç Sağkanı təbrik edib.

E-huquq.az xəbər verir ki, A.Bağırov E.Sağkana yeni vəzifəsi münasibəti ilə uğurlar və müvəffəqiyyətlər arzulayıb.

Sədr həmçinin Tükiyə Barolar Birliyinin sabiq sədri Metin Feyzioğlunun Azərbaycan ilə bu günə kimi olan sıx əməkdaşlığını yüksək qiymətləndirib: “Dəyərli dostum və qardaşım Metin Feyzioğlu Türkiyə ilə Azərbaycanın Vəkillər Kollegiyalarının əməkdaşlığının təməlini qoyan, dəfələrlə Azərbaycana səfər edən, ölkəmizi ürəkdən sevən və var gücü ilə dəstəkləyən Türkiyə Barolar Birliği rəhbəri kimi adını Türk dünyasının vəkilliyinin tarixinə yazdı. O, ölkəmizdə böyük hörmət qazandı. Əminəm ki, dost və qardaş ölkələrimizin vəkilliyinin birliyi daha da möhkəmlənəcək, inkişaf edəcək və əbədi olacaq” , – deyə o qeyd edib.

Xatırladaq ki, Türkiyə Barolar Birliyi Başkanlığına keçirilən seçkilərdə Erinç Sağkan qalib gəlib.