Məzmuna keç

Azərbaycanı beynəlxalq məhkəmədə ABŞ və Britaniyadan olan vəkillər təmsil edib

“Bu ilin yanvarında Azərbaycan tərəfindən Avropa İnsan Hüquqları Məhkəməsinə Ermənistana qarşı iddia irəli sürülüb. Fevral ayında isə Ermənistan bizə qarşı əks iddia qaldırıb. Sentyabrda Haaqa şəhərində yerləşən Beynəlxalq Ədalət Məhkəməsinə hər iki tərəf bir-birinə qarşı iddia irəli sürüb. Bu iddialarla bağlı yekun qərarlar hələ veriləcək. Hazırkı qərarlar təcili məsələlər üzrə çıxarılan qərarlardır. Yəni, işə hələ mahiyyəti üzrə baxılmayıb"

E-huquq.az-ın məlumatına görə, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov bu gün Xarici İşlər Nazirliyində Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti tədbirlərə dair qərarı ilə bağlı keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, məhkəmədə Azərbaycan tərəfini ABŞ və Böyük Britaniyanın peşəkar vəkilləri təmsil edib: "Bizim qaldırdığımız iddiada mina xəritələrinin verilməsi məsələsi də əks olunub. Ermənistan baş naziri Nikol Paşinyan əvvəlcə bunun bir qismini təmin etdiyini bildirib. Ancaq məhkəməyədək Ermənistan tərəfi bütünlüklə mina xəritələrini təqdim etdiyindən məhkəmədə bu məsələ barədə qərar çıxarılmasına ehtiyac duyulmayıb”.