Məzmuna keç

Vətəndaşlar üçün ödənişsiz hüquqi yardım aksiyası keçiriləcək

Dekabr ayının 10-u “Ümumdünya İnsan Hüquqları günü” münasibətilə Vəkillər Kollegiyası tərəfindən ödənişsiz hüquqi yardım kampaniyası təşkil ediləcək.

E-huquq.az xəbər verir ki, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası “Ümumdünya İnsan Hüquqları günü”nün əhəmiyyətini, habelə “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentin 22.02.2018-ci il tarixli Sərəncamını – hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsi üzrə tövsiyəsini nəzərə alaraq, bu kimi əlamətdar günlərdə hər zaman müxtəlif səpkidə çoxsaylı tədbirlər keçirir.

Qeyd olunan tədbirlər çərçivəsində, dekabrın 10-da gün ərzində ölkəmizdəki bütün Vəkil qurumları tərəfindən aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım xidmətləri göstəriləcək. Bu yardım çərçivəsində əhaliyə şifahi hüquqi məsələhətlərlə yanaşı, müxtəlif orqanlara yazılı müraciətlərin hazırlanması və digər ödənişsiz hüquqi xidmətlər təqdim olunacaq.

Vəkillər Kollegiyasının vəkil qurumları tərəfindən analoji tədbirlər paytaxt və regionlarda mütəmadi olaraq keçirilir və Kollegiya bu tədbirlərin davamlılığını bundan sonra da təmin edəcək.

Vətəndaşlarımız sözügedən kampaniyaya qoşulmağa dəvət olunurlar.