Məzmuna keç

“Vəkillər vətəndaşlara keyfiyyətli hüquqi yardım göstərir”

"Bir neçə il öncə Azərbaycanda vəkillərin sayı çox aşağı idi. Biz vəkilin əlçatmaz olduğu barədə danışırdıq. Amma artıq bu sahədə irəliləyiş var".

Bunu e-huquq.az-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutunun baş direktoru, hüquq elmləri dokrotu, professor Aytən Mustafazadə deyib.

Onun sözlərinə görə, vəkillərin sayının artması vətəndaşlara göstərilən hüquqi yardımın keyfiyyətinə müsbət təsir göstərir: "Mən çox şadam ki, son illər bununla bağlı müsbət tendensiya müşahidə olunur. Vəkillərin sayı çoxalır və vəkillər fəaliyyətə başlamadan öncə test imtahanı verirlər ki, bu da keyfiyyəti artırır. Bu, bizim üçün vacib amillərdən biridir. Bu baxımdan hesab edirəm ki, vəkillər tərəfindən vətəndaşlara keyfiyyətli hüquqi yardım göstərilir".