Məzmuna keç

Vəkillər üçün təlimlər keçiriləcək

Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə Ədliyyə Akademiyasının birgə əməkdaşlığı çərçivəsində 20 və 24 Dekabr 2021-ci il tarixlərində Vəkillər Kollegiyasının üzvləri üçün onlayn qaydada təlimlərin keçirilməsi nəzərdə tutulur.

E-huquq.az xəbər verir ki, 20 Dekabr 2021-ci il tarixində saat 14:00-15:00-da “Beynəlxalq humanitar hüququn əsasları və bu sahədə pozuntulara dair addımlar” mövzusu üzrə keçiriləcək təlimdə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin hüquq məsələləri üzrə müşaviri Jalə Əzizova təlimçi qismində, eyni tarixdə saat 15:10-16:10-da “Vəkillərin hüquqi yazı bacarıqlarının təkmilləşdirilməsi. Hüquqi yazı texnikası” mövzusunda keçiriləcək təlimdə isə təlimçi qismində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Altay Mustafayev iştirak edəcək.

24 Dekabr 2021-ci il tarixində saat 14:00-15:00-da keçiriləcək “Məhkəmələrdə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiq məsələləri” üzrə növbəti təlimdə isə Ədliyyə Nazirliyi İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin Strateji planlaşdırma şöbəsinin böyük məsləhətçisi, III dərəcəli ədliyyə qulluqçusu Nərgiz Murquzova təlimçi qismində iştirak edəcək.

Təlimdə iştirak etmək arzusunda olan vəkillər Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin elektron poçt ünvanına ([email protected]) müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Əlaqələndirici şəxs – Vəkil Günay Sultanova (tel. 012-594-99-85, 050-377-70-80)