Anar Bağırov: "Bu sərgi ölkəmizdə vəkilliyin nüfuzunu daha da artırır"


  • 17 Dekabr 2021 18:36

"Vəkillərin peşə bayramı ərəfəsində belə bir sərginin təşkil olunması bizim üçün çox əlamətdar hadisədir".

Bunu e-huquq.az-a açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov Bakıda keçirilən "Dünya Vəkil Cübbələri və Atributları" sərgisi ilə bağlı danışarkən deyib.

Sədr bildirib ki, sərgidə 70-dək ölkədən gətirilən vəkil cübbələri, eyni zamanda ədliyyə və məhkəmə sisteminə aid olan atributlar nümayiş olunur: "Sərgiyə böyük maraq var. Ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrinin, beynəlxalq təşkilatların əməkdaşlarının da sərgi ilə tanış olmaq imkanları var. Düşünürəm ki, öz ölkələrində istifadə oluna mantiyaları burada görmək onların da marağına səbəb olacaq. Hər il ölkəmizdə 28 dekabr tarixi vəkillərin peşə bayramı - "Vəkil günü" kimi qeyd olunur. Hesab edirəm ki, bu cür sərginin bu ərəfədə baş tutuması özü-özlüyündə unikal bir hadisədir və ölkəmizdə vəkilliyin nüfuzunu daha da artırır. Ümumiyyətlə, son illərdə vəkilliyə böyük maraq var. Biz də istəyirik ki, vətəndaşlarımız Vəkillər Kollegiyasının fəaliyyəti, vəkillərə aid qiymətli eksponatlarla burada tanış ola bilsinlər".

A.Bağırov bildirib ki, gələcəkdə də bu kimi sərgilərin keçirilməsi nəzərdə tutulur: "Biz çox istərdik ki, bu sərgi hər il keçirilsin və ənənəvi hal alsın".

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin Muzey Mərkəzində keçirilən sərgi dekabrın 29-dək davam edəcək.

Xəyalə Bünyatova

Oxşar xəbərlər