"Bu gün keçirilən sərgi Azərbaycan vəkilliyinin növbəti uğurudur"


  • 17 Dekabr 2021 20:18

"Bu gün keçirilən sərgini Azərbaycan vəkilliyinin növbəti uğuru kimi qiymətləndirmək olar".

E-huquq.az-ın məlumatına görə, bunu millət vəkili, Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov “Dünya Vəkil Cübbələri və Atributları” sərgisinin açılış mərasimində çıxış edərkən deyib.

O bildirib ki, tədbirdə ölkənin hüquq ictimaiyyətinin sayılıb-seçilən şəxslərinin iştirakı sərginin əhəmiyyətinin və ölkəmizdə vəkilliyin nüfuzunun göstəricisi kimi qiymətləndirmək olar.

"Ölkəmizdə belə bir sərginin keçirilməsi çox sevindirici haldır. Tədbirin təşkilatçılarını təbrik edirəm və onların bu təşəbbüsünü yüksək qiymətləndirirəm. Hüquq sahəsi çox özünəməxsus sahədir. Bu sahədə vəkillik peşəsinin xüsusi yeri var. Qarşıdan vəkillərin peşə bayramı - "Vəkil günü" gəlir və bu münasibətlə bütün vəkilləri təbrik edirəm. Peşə bayramı ərəfəsində bu tədbirin baş tutması çox gözəl təşəbbüsdür. Hesab edirəm ki, bu kimi tədbirlərdə hüquq ictimaiyyətinin nümayəndələrinin bir araya gəlməsi, görüşlərin baş tutması hər birimiz üçün faydalıdır", - deyə B.Məhərrəmov qeyd edib.

Xəyalə Bünyatova

Oxşar xəbərlər