Azərbaycanda vəkilliyə qəbul imtahanı tədricən çətinləşəcək


  • 22 Dekabr 2021 19:40

Azərbaycanda vəkillik peşəsinə qəbul imtahanına tədricən çətin suallar salınacaq.

E-huquq.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov bir qrup vəkilin təltif edilməsi ilə bağlı keçirilən mərasimdə çıxış edərkən deyib.

Sədr qeyd edib ki, vəkillərin sayı yox keyfiyyəti daha önəmlidir: "Düzdür, digər ölkələrlə müqayisədə Azərbaycanda vəkillərin sayı azdır. Ancaq yenə də biz keyfiyyətli, savadlı vəkilliyin tərəfdarıyıq. Çünki vətəndaşlara məhz keyfiyyətli hüquqi yardım etmək üçün peşəkar vəkillərə ehtiyac var. Bu baxımdan çalışacağıq ki, növbəti imtahanlarda tədricən çətin suallar test imtahanına salınsın.

A. Bağırov bildirib ki, Azərbaycan vəkilliyinin nüfuzu hər bir vəkildən asılıdır: "Əminliklə deyə bilərəm ki, vəkilliyin nüfuzu hər gün daha da artır. Təsadüfi deyil ki, bu gün prokurorlar, hakimlər arasında kifayət qədər vəkil olmaq istəyən şəxslər var".

Oxşar xəbərlər