Vəkillər qadın məhkumlara və yetkinlik yaşına çatmayan şəxslərə ödənişsiz hüquqi yardım göstərdilər - FOTO


  • 23 Dekabr 2021 14:26

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Vəkillər Kollegiyasının birlikdə həyata keçirdiyi cəzaçəkmə müəssisəsindəki məhkumlara ödənişsiz hüquqi yardım aksiyası davam edir.

E-huquq.az xəbər verir ki, 28 dekabr "Vəkil günü" münasibətilə keçirilən aksiyaya Azərbaycan Respublikası Gömrük Akademiyasının könüllüləri 4-cü kurs tələbələri də qoşulublar.

Vəkillər 4 Saylı Qadın Cəzaçəkmə Müəssisəsi və Penitensiar Xidmətin Tərbiyə müəssisəsində cəzaçəkən məhkumlara pulsuz hüquqi yardım göstərib, yetkinlik yaşına çatmayanları yeni il hədiyyələri ilə sevindiriblər. Hüquqi yardım qadın cəzaçəkmə müəssisəsində 50-dən çox qadın məhkumu, Penitensiar Xidmətin Tərbiyə müəssisəsində isə 15-dən çox məhkumu əhatə edib.

Aksiya çərçivəsində hüquqi məsləhətlə yanaşı, şikayətlərin tərtibi, məhkəmə və digər orqanlarda hüquqların müdafiəsi də təşkil olunub.

Oxşar xəbərlər