"Bu inkişaf onu deməyə əsas verir ki, vəkillik institutu daha da güclənəcək"


  • 29 Dekabr 2021 15:38

“Əminəm ki, vəkillik institutu inkişaf etdikcə hüquqi cəmiyyətin formalaşması daha yüksək səviyyədə olacaq”.

Bunu e-huquq.az-a açıqlamasında "Mirzayev and Partners Legal Firm" hüquq şirkətinin Baş direktoru, hüquq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və Mediasiya Şurasının üzvü vəkil Şaiq Mirzəyev deyib.

O bildirib ki, son illər Azərbaycanda vəkillik institutu inkişaf edib, vəkilliyə maraq artıb: "Bu inkişaf onu deməyə əsas verir ki, vəkillik institutu daha böyük uğurlar əldə edəcək və daha da güclənəcək. Vəkillik institutu dövlətin, cəmiyyətin hüquqi maariflənməsi və hüquqi dövlətin qurulmasında effektiv təsisatlardan biridir. Bu gün cəmiyyətdə vəkillərə inam artıb. Əminəm ki, vəkillik institutu inkişaf etdikcə hüquqi cəmiyyətin formalaşması daha yüksək səviyyədə olacaq”.

Ş.Mirzəyev 28 dekabr - “Vəkil günü” münasibətilə bütün vəkilləri təbrik edib: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə hər il dekabrın 28-i “Vəkil günü” peşə bayramı kimi qeyd edilir. Başda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov olmaqla bütün Azərbaycan vəkillərini ürəkdən təbrik edir və onlara fəaliyyətində uğurlar arzulayıram".

Sevgül Qasımzadə

Oxşar xəbərlər