Nizami Gəncəvi ilinə həsr olunmuş kitabın təqdimatı keçirildi


  • 30 Dekabr 2021 16:47

Xəbər verdiyimiz kimi, dekabrın 28-də Muzey Mərkəzində vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.

E-huquq.az-ın məlumatına görə, tədbirdə Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Prezident cənab İlham Əliyevin 05 yanvar 2021-ci il tarixli sərəncamına uyğun olaraq Vəkillər Kollegiyasının dəstəyi ilə nəşr edilmiş “Nizami Gəncəvi: nəsihətləri, kəlamları, hikmət və aforizmləri” adlı kitabının təqdimatı keçirilib. Təqdimatda kitabın ideya müəllifi, Tərtər Hərbi Məhkəməsinin sədri İlqar Quliyev çıxış edərək kitabın əhəmiyyətini vurğulayıb və Vəkillər Kollegiyasına təşəkkür edib.

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.

Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradaraq, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirib.

Onun yaradıcılığında müstəqillik, demokratizm, humanizm, ədalətlilik prinsipləri öz parlaq təcəssümünü tapıb. Bu prinsiplər də vəkillik fəaliyyətinin əsas prinsiplərindən olduğundan Nizami yaradıcılığı hüquqşünaslar, vəkillərin diqqət mərkəzində olub.

Vəsaitdə Ulu Öndər Heydər Əliyev və ölkə prezidenti İlham Əliyevin görkəmli şairin ədəbi irsinin təbliğinə dair sərəncamları, böyük mütəfəkkirin həyat və yaradıcılığı haqqında məlumatları, Nizami Gəncəvinin əsərlərində olan olan incilər öz əksini tapıb.





Oxşar xəbərlər