Vəkilin istintaq təcridxanasında təqsirləndirilən şəxslə görüş qaydasına dəyişiklik ediləcək


  • 12 Yanvar 2022 14:03

İstintaq mərhələsində vəkillərin istintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxslə görüş qaydalarına dəyişiklik ediləcək.

E-huquq.az-ın məlumatına görə, bu barədə Vəkillər Kollegiyasının İntizam Komissiyasının sədr müavini İlhamə Həsənova məlumat verib.

Onun sözlərinə görə, məsələ ilə bağlı Vəkillər Kollegiyası Ali Məhkəməyə müraciət edib: "Məlum olduğu kimi, iş məhkəmə icraatında olduqda vəkillər orderi təqdim etməklə istintaq təcridxanasına saxlanılan şəxslə konfedensial şəkilldə görüşə bilirlər. Burada heç bir əlavə icazə, məktub və sair tələb olunmur. Lakin istintaq mərhələsində görüş zamanı vəkillərdən müstəntiqin icazə məktubu tələb olunur. Bununla bağlı Ali Məhkəməyə müraciət etmişik və ümid edirik ki, müsbət nəticə olacaq. Yəni, artıq istintaq mərhələsində də yalnız orderi təqdim etməklə vəkil istintaq təcridxanasında saxlanılan şəxslə ünsiyyət qura biləcək".

Xəyalə Bünyatova

Oxşar xəbərlər