Vəkil: "Haqqında edilən şikayətlə bağlı hakim özünü necə qiymətləndirə bilər?"


  • 14 Yanvar 2022 10:51

Vəkillər Kollegiyasının üzvü Nərmin Əliyeva Suraxanı Rayon Məhkəməsinin hakimi Rübabə Qafarovanın prosessual pozuntulara yol verdiyini iddia edir.

Bu barədə e-huquq.az-a vəkilin özü məlumat verib.

"Suraxanı Rayon Məhkəməsində mülki iş üzrə cavabdehin vəkili qismində iştirak edirəm. Bir dəfə də olsun məhkəmədə iddiaçının üzünü görmədik. Məhkəmə iclası birinci baxılmamış saxlanıldı. Sonra hakim qanunvericiliyin tələbini kobud şəkildə pozdu, icraatı təzələdi. Halbuki heç bir üzrlü səbəb yox idi. Mən hakimə bildirdim ki, iddiaçının qaldırdığı iddiadan xəbəri yoxdur. Onun adından bacısı imzalayıb göndərib. Hesab edirəm ki, hakim prosessual pozuntulara yol verib", - deyə vəkil bildirib.

O işin araşdırılması üçün müdafiə etdiyi şəxsin adından Məhkəmə-Hüquq Şurasına hakim barədə şikayət ünvanladıqlarını qeyd edib.

"Mən dedim ki, bu hal mütləq araşdırılmalıdır. Odur ki, vətəndaşın adından müraciət etdik ki, bu məsələ araşdırılsın. Şikayət cavab verilməsi üçün həmin hakimə göndərilib. Hakim də özündən olan şikayətə cavab yazıb. Hakimin hərəkətləri araşdırılırsa, bununla bağlı Məhkəmə-Hüquq Şurası cavab verməlidir, hakimin özü yox. Hakim özü barədə olan şikayətə necə münasibət bildirib özünü qiymətləndirə bilər?" - deyə N.Əliyeva bildirib.

Xəyalə Bünyatova

Oxşar xəbərlər