Vəkillərə penitensiar müəssisələrə daxil olmaq üçün PCR testi pulsuz veriləcək


  • 15 Yanvar 2022 17:35

"Bəzən sosial şəbəkələrdə koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı tətbiq olunan məhdudiyyətlərə, tələblərə dair mənfi fikirlərə rast gəlinir, məhkumlarla görüşə gələn şəxslər, o cümlədən bəzi vəkillər tərəfindən koronavirus testindən keçmək tələbinə narazılıq ifadə olunur".

E-huquq.az-ın xəbərinə görə, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib.

Onun sözlərinə görə, penitensiar müəssisələrə daxil olmaq üçün vəkillərə, müstəntiqlərə və s. şəxslərə əlverişli şərait yaradılaraq Ədliyyə Nazirliyi pulsuz PCR testin verilməsini təşkil edib.

"Həmin şəxslər Bakı şəhəri, Nizami rayonu, Müzəffər Nərimanov küçəsi 1 ünvanında yerləşən tibb məntəqəmizə müraciət edə bilərlər.

Eyni zamanda buna alternativ olaraq həmin şəxslər bilavasitə getdiyi penitensiar müəssisədə ekspess test verməklə içəri daxil ola bilərlər.

Unutmaq olmaz ki, vəkil, müstəntiq, həkim, psixoloq və digər bu kimi peşə sahibləri gündəlik fəaliyyələrində müxtəlif insanlarla daha sıx və tez-tez təmasda olurlar və onların virusa yoluxmuş şəxslərlə qarşılaşmaq ehtimalı daha çoxdur. Heç də təsadüf deyil ki, ötən dövrdə müxtəlif peşə sahibləri, o cümlədən vəkillər arasında yoluxanlar və həyatını itirənlərin sayı az olmamışdır", - deyə nazirlik rəsmisi qeyd edib.

Oxşar xəbərlər