Ədliyyə Nazirliyi vəkillərə müraciət etdi


  • 19 Yanvar 2022 13:14

"Vəkillərdən PCR testindən keçmək üçün müraciət edərkən şəxsiyyət vəsiqəsi ilə yanaşı, aidiyyəti sənədləri təqdim etmələri xahiş olunur".

E-huquq.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir:

"Pandemiya ilə əlaqədar karantin şəraitinə uyğun olaraq penitensiar müəssisələrə daxil olan vəkillərə və müstəntiqlərə onların rahatlığı üçün Ədliyyə Nazirliyi tibb xidməti tərəfindən pulsuz PCR testin verilməsi təşkil edilib. Həmin şəxslər Bakı şəhəri, Nizami rayonu, Müzəffər Nərimanov küçəsi 1 ünvanında yerləşən tibb məntəqəmizdə test verə bilərlər.

Son iki gündə koronavirus testindən keçmək üçün bəzi vəkillər hüquqi yardımın göstərilməsi ilə bağlı tələb olunan müvafiq sənədləri təqdim etməsə də, onlara həssaslıqla yanaşılaraq testdən keçmələrinə imkan yaradılmış və zəruri izahlar verilib. Həmin 5 vəkildən götürülmüş PCR testin nəticələrinə əsasən onlardan birində virusa yoluxma halı aşkar olunub. O, bu barədə məlumatlandırılıb və ona müvafiq qayğı göstərilərək müayinə və müalicə keçməsi, təcrid olunması ilə bağlı tövsiyələr verilib".

Oxşar xəbərlər