Vəkillər ödənişsiz PCR testindən keçmək üçün hansı sənədləri təqdim etməlidir?


  • 19 Yanvar 2022 15:48

Xəbər verdiyimiz kimi, Ədliyyə Nazirliyi PCR testindən keçmək üçün müraciət edən vəkillərin şəxsiyyət vəsiqəsi ilə yanaşı, aidiyyəti sənədləri də təqdim etməli olduqlarını bildirib. Bu isə bəzi vəkillərdə çaşqınlıq yaradıb. Belə ki, "aidiyyəti sənədlər" dedikdə hansı sənədlərin nəzərdə tutulması sual doğurub.

Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin əməkdaşı Rasim Həsənov e-huquq.az-a açıqlamasında məsələyə aydınlıq gətirib.

O bildirib ki, "aidiyyəti sənədlər" dedikdə, vəkillik fəaliyyəti ilə bağlı müdafiəçinin penitensiar müəsissəyə (istintaq təcridxanasına) daxil olması üçün hüquq verən sənədin təqdim olunması nəzərdə tutulur.

Qeyd edək ki, pandemiya ilə əlaqədar karantin şəraitinə uyğun olaraq penitensiar müəssisələrə daxil olan vəkillərə və müstəntiqlərə onların rahatlığı üçün Ədliyyə Nazirliyi tibb xidməti tərəfindən pulsuz PCR testin verilməsi təşkil edilib. Həmin şəxslər Bakı şəhəri, Nizami rayonu, Müzəffər Nərimanov küçəsi 1 ünvanında yerləşən tibb məntəqəmizdə test verə bilərlər.

Xəyalə Bünyatova

Oxşar xəbərlər