Onlayn ödənişsiz hüquqi yardım almaq daha da asanlaşdı


  • 24 Yanvar 2022 14:26

Vəkillər Kollegiyasının dəstəyi ilə ProDemos - Xalq Üçün layihəsinin saytı vasitəsilə vətəndaşlar onlayn və ödənişsiz hüquqi yardım əldə edə bilərlər.

E-huquq.az xəbər verir ki, bunun üçün ödənişsiz hüquqi yardımdan istifadə etmək istəyən şəxs sayta daxil olub, “Əlaqə” bölməsinə keçərək, müvafiq müraciət formunu doldurmalıdır. Əlaqə bölməsinə buradan istifadə edərək birbaşa keçid edə bilərsiz.

Qeyd etmək istərdik ki, “ProDemos – Xalq üçün” Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və ELSA (Avropa Hüquqşünas Tələbələr Asossiyasiyası) Azərbaycanın ortaq layihəsidir. Bu layihənin əsas məqsədi Azərbaycan Respublikası qanunvericiliyini sadə dillə xalqa çatdırmaq və xalqın hüquqi maarifləndirilməsini həyata keçirməkdir.

Bu məqsədlə, gənc hüquqşünaslardan ibarət olan komanda sosial şəbəkələr üzərindən ölkənin hüquq sistemi və qanunvericilikdəki son dəyişikliklər barəsində müxtəlif mövzulu paylaşımları gündəlik rejimdə izləyicilər üçün təqdim edir.

Müraciət qaydası ilə bağlı ətraflı məlumat əldə etmək üçün keçid vasitəsilə təlimat videosunu izləyə bilərsiniz.

Oxşar xəbərlər