Məzmuna keç

Anar Bağırov: “Son illər ölkəmizdə vəkilliyə maraq xeyli artıb”

"Bu gün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Dövlət İmtahan Mərkəzi ilə birgə təşkil etdiyi yazılı imtahanda 318 nəfər vəkilliyə namizəd iştirak edir".

E-huquq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O bildirib ki, imtahana ölkənin bütün bölgələrindən olan namizədlər qatılıb. Müxtəlif hökumət və qeyri-hökumət təşkilatlarında çalışan təcrübəli hüquqşünaslar vəkil olmaq arzusundadırlar.

"Ümumiyyətlə, son illər ölkəmizdə vəkilliyə olan maraq xeyli artıb. Hesab edirəm ki, vəkillərin sayı artdıqca, həm Bakı şəhərində, həm də respublikanın regionlarında insanların hüquqi yardıma çatımlığı daha da yaxşı təmin olunacaq. Biz çalışırıq ki, bu imtahanlar müntəzəm keçirilsin. Nəticə etibarı ilə son illlərdə 9 imtahan keçirilib və ölkədə vəkillərin sayı 3 dəfə artıb. Deyə bilərəm ki, hazırda vəkilliyə maraq çox böyükdür və bu maraq bundan sonra da davam edəcək. Zənnimcə, görülən tədbirlər nəticəsində ölkədə həm vəkillərin, həm vəkil qurumlarının sayı artacaq, həm də vətəndaşlarımızın hüquqi yardım almaq kimi konstitusion hüquqları ən yüksək səviyyədə təmin olunacaq", – deyə sədr qeyd edib.