Məzmuna keç

Hüquq müdafiəçisi Rəsul Cəfərov Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olundu

Xəbər verdimiz kimi, şifahi müsahibə mərhələsini müvəffəqiyyətlə keçmiş vəkilliyə namizədlərin adları açıqlanıb.

E-huquq.az-ın məlumatına görə, vəkilkiyə qəbul olunanlar arasında REAL partiyasının funksioneri, "İnsan Hüquqları Klubu"nun sədri, tanınmış hüquq müdafiəçisi Rəsul Cəfərov da var.

Qeyd edək ki, R.Cəfərov 2004-cü illərdə Qərb Universitetində Beynəlxalq hüquq ixtisası üzrə bakalavr təhsili, 2004–2006-cı illərdə isə həmin universitetdə Avropa hüququ ixtisası üzrə magistr təhsili alıb. R.Cəfərov 2018-ci ildə Mərkəzi Avropa Universitetində (CEU) Konstitusiya hüququ üzrə magistr təhsili alıb.

R. Cəfərov 2014-cü il avqust ayında həbs edilib. 2015-ci ildə məhkəmənin hökmü ilə qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşmaqda təqsirli bilinərək 6 il 6ay müddətinə azadlıqdan məhrum edilib. 2016-cı ilin mart ayında Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.

2020-ci ilin aprelində Ali Məhkəmənin Plenumu yeni açılmış hallarla bağlı Rəsul Cəfərovun barəsində qəbul edilən məhkəmə qərarlarını ləğv edərək, təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraətverici əsaslarla iş üzrə icraata xitam verib və mənəvi zərərə görə 57400 manat kompensasiya təyin edib.