Vəkil: "Polis araşdırma apardı, maşınımdan oğurlanan mantiya tapıldı"


  • 18 Mart 2022 11:05

Xəbər verdiyimiz kimi, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Nizami Əliyevin avtomobilinə hücum edilib. Maşının şüşəsi sındırılaraq içərindən sənədlər və vəkilə məxsus mantiya oğurlanıb.

N.Əliyev e-huquq.az-a açıqlamasında bildirib ki, faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Bölməsi tərəfindən araşdırma başlanılıb.

"Polis əraziyə baxış keçirib. Maşınımdan oğurlanan mantiya tapılıb. Hadisəni törədən şəxs götürdüyü mantiyanı yaxınlıqdakı əraziyə atıbmış", - deyə o qeyd edib.

Vəkil hadisəni törədən şəxsin kimliyinin müəyyən olunması ilə bağlı araşdırmanın davam etdiyini deyib.

Oxşar xəbərlər