Şəkidə pulsuz hüquqi yardım aksiyası keçiriləcək


  • 31 Mart 2022 09:16

Aprelin 2-də Şəkidə Şəki Regional Vəkil Bürosunun vəkilləri tərəfindən aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım göstəriləcək.

E-huquq.az xəbər verir ki, aksiya Milli Məclisin deputatları Cavanşir Feyziyev, Əli Məsimli, Vüqar İskəndərovun təşəbbüsləri və Vəkillər Kollegiyasının dəstəyi ilə həyata keçiriləcək.

Aksiya saat 11:00-da başlayacaq.

Ünvan: Şəki şəhər Heydər Əliyev Mərkəzi

Vəkillər Kollegiyası tərəfindən əlaqələndirici şəxs: Hüquqi Yardım və Tədris Mərkəzinin direktor müavini Afət Qaziyeva (Telefon: 012 594 99 85, 050 340 09 81).

Qeyd edək ki, bu kimi tədbirlərin Respublikanın digər regionlarında da müntəzəm olaraq keçirilməsi nəzərdə tutulur.

Oxşar xəbərlər