Türkiyədə vəkillər vəkillik xidmətləri üzrə ƏDV-nin azaldılmasını istəyir


  • 31 Mart 2022 13:03

Türkiyədə vəkillər vəkillik xidmətləri üzrə ƏDV dərəcələrinin aşağı salınmasını istəyir.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir çox məhsul və xidmətlər üzrə ƏDV dərəcələrinin aşağı salınmasına baxmayaraq, vəkillik xidmətləri üzrə ƏDV-nin 18% olması vəkillərin narazılığına səbəb olub.

Onlar sosial şəbəkə üzərindən etirazlarını dilə gətiriblər. "Vəkil xidmətlərindən 18% ƏDV almaq vətəndaşların ədalət mühakiməsinə çatımlılığını çətinləşdirir. Ədalət mühakiməsinə çatımlılıq insanların əsas hüquqlarındandır!" məzmunlu paylaşımlar edilib.

Oxşar xəbərlər