"Mirzəyev və Partnyorları" Vəkil Bürosu Ramazan ayı münasibətilə pulsuz hüquqi yardım aksiyasına başlayır


  • 6 Aprel 2022 12:06

"Mirzəyev və Partnyorları" Vəkil Bürosu pulsuz hüquqi yardım aksiyasına start verib.

E-huquq.az xəbər verir ki, müqəddəs Ramazan ayı ərzində hər həftənin şənbə günü vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək.

Hüquqi yardımdan yararlanmaq istəyən şəxslər 9, 16, 23 və 30 aprel tarixlərində saat 10:00-dan 17:00-dək büronun vəkillərinə müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, Azure Business Center. 11-ci mərtəbə, 68-ci otaq

Əlaqə nömrəsi: (+99412) 310 09 88

Oxşar xəbərlər