Vəkil köməkçiləri üçün “Beynəlxalq hüquq və Kiberməkan” mövzusunda təlim keçirilib


  • 8 Aprel 2022 13:20

Aprelin 7-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzində “Beynəlxalq hüquq və Kiberməkan” mövzusunda vəkil köməkçiləri üçün növbəti təlim keçirilib.

E-huquq.az-ın məlumatına görə, Ankara Universitetinin Beynəlxalq Hüquq kafedrasının doktorantı Təbriz Raufoğlu tərəfindən keçirilən təlimdə beynəlxalq ümumi hüquq aspektindən kiberməkan anlayışına aydınlıq gətirilib.

Təlimçi, həmçinin, müharibə dövründə baş verən kiberməkan məhdudlaşdırmalarından və son zamanların aktual olan məhkəmə işlərindən də bəhs edib.

Sonda təlimçi Türkiyə Cümhuriyyətində vəkil köməkçisi institutu haqqında ətraflı məlumat verərək təlim iştirakçılarının suallarını cavablandırıb.

Oxşar xəbərlər