Məzmuna keç

Salyanda pulsuz hüquqi yardım aksiyası keçiriləcək

Aprelin 16-da Salyanda Salyan rayon və Şirvan Regional Vəkil Bürolarının vəkilləri tərəfindən aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım göstəriləcək.

E-huquq.az xəbər verir ki, aksiya Milli Məclisin deputatları Fəzail Ağamalı və Jalə Əhmədovanın təşəbbüsləri və Vəkillər Kollegiyasının dəstəyi ilə həyata keçiriləcək.

Aksiya saat 11:00-da başlayacaq.

Ünvan: Salyan rayon Mərkəzi Kitabxanası

Vəkillər Kollegiyası tərəfindən əlaqələndirici şəxs: Hüquqi Yardım və Tədris Mərkəzinin direktor müavini Afət Qaziyeva (Telefon: 012 594 99 85; 050 340 09 81).

Qeyd edək ki, bu kimi tədbirlərin Respublikanın digər regionlarında da müntəzəm olaraq keçirilməsi nəzərdə tutulur.