Məzmuna keç

Mingəçevirdə aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım göstəriləcək

Aprelin 23-də Mingəçevirdə aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım göstəriləcək.

E-huquq.az xəbər verir ki, aksiya Milli Məclisin deputatları Aydın Mirzəzadə və Əli Hüseynlinin təşəbbüsləri və Vəkillər Kollegiyasının dəstəyi ilə həyata keçiriləcək.

Aksiya saat 11:00-da başlayacaq.

Ünvan: Mingəçevir şəhər Heydər Əliyev Mərkəzi

Vəkillər Kollegiyası tərəfindən əlaqələndirici şəxs: Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin direktor müavini Afət Qaziyeva (Telefon: 012 594 99 85, 050 340 09 81).

Qeyd edək ki, bu kimi tədbirlərin Respublikanın digər regionlarında da müntəzəm olaraq keçirilməsi nəzərdə tutulur.