Nikah münasibətlərinin faktik xitamı zamanı vərəsəlik hüququndan məhrum edilmə hansı halda mümkündür?


  • 28 Aprel 2022 15:00

Əgər arvadın (ərin) miras qoyanla nigahına mirasın açılmasından azı 3 il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmə qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər.

Nikahın pozulması haqqında məhkəməyə ərizə ilə müraciət edərək iradə ifadəsini bildirmiş, lakin məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək ölmüş şəxsin arvadı (əri) vərəsəlik hüququndan yalnız AR MM-nin 1164-cü maddəsinə uyğun olaraq məhkəmə tərəfindən miras qoyanla nigahına mirasın açılmasından azı 3 il əvvəl faktiki xitam verildiyi və ərzlə arvadın ayrı yaşadıqları təsdiq edildiyi halda məhrum edilə bilər.

Sözü gedən maddənin məhkəmə zamanı düzgün tədbiq olunmasını və mübahisənin həll edilməsini təmin etmək üçün Konstitusiya Məhkəməsi Plenumunun AR MM-nin 1164-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 1 May 2019-cu il tarixli qərarı mövcuddur.

Qeysər Cəfərov

Vəkillər Kollegiyasının üzvü

Oxşar xəbərlər