Gəncədə ödənişsiz hüquqi yardım aksiyası keçiriləcək


  • 4 May 2022 16:17

Mayın 7-də Gəncədə aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım göstəriləcək.

E-huquq.az xəbər verir ki, ödəniş hüquqi yardım aksiyası Milli Məclisin deputatları Musa Quliyev, Müşfiq Cəfərov, Pərvin Kərimzadə, Naqif Həmzəyevin təşəbbüsləri və Vəkillər Kollegiyasının dəstəyi ilə həyata keçiriləcək.

Aksiya saat 12:00-da başlayacaq.

Ünvan: YAP Gəncə şəhər Təşkilatı

Vəkillər Kollegiyası tərəfindən əlaqələndirici şəxs: Hüquqi Yardım və Tədris Mərkəzinin direktor müavini Afət Qaziyeva (Telefon: 012 594 99 85, 050 340 09 81).

Oxşar xəbərlər