Vəkil olmaq istəyənlərin nəzərinə!


  • 6 May 2022 16:24

Çoxsaylı müraciətləri nəzərə alaraq Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzi ilə “Pro bono” Vəkil Bürosu vəkilliyə namizədlər üçün ixtisas imtahanlarına hazırlıq kursları təşkil edir.

E-huquq.az xəbər verir ki, hazırlıq kursları akademik saatlardan və sınaq test imtahanlarından ibarətdir. Kurslar hər biri 2 saat müddətində əyani formada olmaqla həftədə 3 dəfə Bakı şəhəri Səməd Vurğun küçəsi 32 ünvanında yerləşən Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzində bu sahədə təcrübəsi olan peşəkar vəkillər tərəfindən tədris ediləcəkdir. Hazırlıq kursları ödənişlidir. Şəhid ailələri üzvlərinə, müharibə qazilərinə və aztəminatlı şəxslərə güzəştlər tətbiq ediləcəkdir.

Hazırlıq Kurslarında iştirak etmək arzusunda olan hüquqşünaslar Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin elektron poçt ünvanına (legalaid.training@barassociation.az) müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Əlaqələndirici şəxs – Vəkil Günay Sultanova (tel. 012-594-99-85, 050-377-70-80).

Oxşar xəbərlər