Məzmuna keç

“Ölkəmizdə ədalət mühakiməsinə rahat çatımlığın təmin edilməsi üçün oturuşmuş sistemlər tətbiq olunmaqdadır”

""Ədalət mühakiməsinə çatımlılıq" ifadəsi kifayət qədər dərin məzmuna malik bir ibarədir. Bu ifadənin ölkəmizin hüquq leksikonunda oturuşmasının təməlində Ulu Öndər Heydər Əliyeyin 1993-cü ildən etibarən məhkəmə-hüquq sistemində başlatdığı və bu gün də möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən uğurla aparılan islahatlar durur".

E-huquq.az-ın məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində “XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda keçirilən elmi-nəzəri konfransda deyib.

A. Bağırov qeyd edib ki, ötən dövr ərzində hüquq sahəsində universal və regional standartların öyrənilməsi, bu xüsusda müasir informasiya-kommunikasiya texnologiyalarının dərindən mənimsənilməsi və tətbiqi aktuallıq kəsb etməkdədir. Artıq bir neçə ildir ki, ölkəmizdə insanların ədalət mühakiməsinə rahat çatımlılığının təmin edilməsi baxımından oturuşmuş sistemlər tətbiq olunmaqdadır.

“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanının əhəmiyyətini xüsusilə vurğulayan A.Bğırov həmçinin son dövrdə Kolllegiya tərəfindən görülən işlər barədə geniş məlumatı özündə ehtiva edən təqdimatı konfrans iştirakçılarının diqqətinə çatdırmışdır və Kollegiyanın son 4 ildəki fəaliyyəti barədə geniş məlumat verib.

“2018-ci ildən Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı sənəd qəbulu daimi olaraq həyata keçirilib və ixtisas imtahanlarında iştirak üçün müraciət etmiş 4087 namizədin sənədi qəbul edilərək yazılı test imtahanına buraxılıblar. 2018-2022-ci illər arasında 9 yazılı test imtahanı keçirilib. Hazırda ölkəmizdə 2132 vəkil fəaliyyət göstərir", – deyə A.Bağırov qeyd edib.