Şamaxıda aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım göstərildi - FOTO


  • 24 May 2022 09:38

Həyata keçirilən silsilə ödənişsiz hüquqi yardım aksiyalarının davamı olaraq, 23 may 2022-ci il tarixində Milli Məclisin deputatı Tamam Cəfərovanın təşəbbüsü və Vəkillər Kollegiyasının dəstəyi ilə Şamaxı rayonunda aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım aksiyası keçirilib.

E-huquq.az xəbər verir ki, aksiya çərçivəsində Abşeron rayon Vəkil Bürosunun 4 vəkili tərəfindən 33 vətəndaşa ödənişsiz hüquqi yardım göstərilmiş, onları maraqlandıran suallar cavablandırılıb, mülki və sosial təminat qanunvericiliyinin müddəaları izah edilib, yazılı və şifahi məsləhətlər verilmiş, yazılı ərizələr tərtib olunub.

Müraciətlərin böyük hissəsi Şamaxıda baş vermiş təbii fəlakət nəticəsində evlərə dəymiş ziyanın aradan qaldırılması, alimentin ödənilməsinin təmin edilməsi ilə bağlı icra məmurunun hərəkətsizliyi, müharbə veteranına aylıq müavinətin ödənilməsi, uşağın ölkədən kənara çıxarılması, uşaqla ünsiyyət, bank-kredit məsələləri, Mənzil Tikinti Kooperativi tərəfindən bir mənzilin bir neçə şəxsə satılması və s. hüquq sahəsi və bu sahədəki mübahisələr ilə bağlı olub.

Oxşar xəbərlər