Binəqədidə ödənişsiz hüquqi yardım aksiyası keçiriləcək


  • 24 May 2022 16:23

Mayın 26-da Binəqədidə aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım göstəriləcək.

E-huquq.az xəbər verir ki, hüquqi yardım aksiyası Milli Məclisin deputatları Azay Quliyev, Kamaləddin Qafarov, Səbinə Xasayevanın təşəbbüsləri və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının dəstəyi ilə həyata keçiriləcək.

Aksiya saat 11:00-da başlayacaq.

Məkan: YAP Binəqədi Rayon Təşkilatı

Vəkillər Kollegiyası tərəfindən əlaqələndirici şəxs: Hüquqi Yardım və Tədris Mərkəzinin direktor müavini Afət Qaziyeva (tel.: 012 594 99 85, 050 340 09 81).

Oxşar xəbərlər