Vəkillər Kollegiyasının sədri: "Bizim qarşımızda böyük hədəflər var"


  • 25 May 2022 11:32

"Azərbaycanda son illərdə vəkilliyin nüfuzu artıb. Bizim qarşımızda böyük hədəflər var".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasına (CCBE) üzvlüyə qəbulla bağlı keçirilən ictimai təqdimatda çıxış edərkən deyib.

Sədrin sözlərinə görə, bəzi vəkillərin davranışları bu nüfuza xələl gətirir: "Bəzən vəkillər sosial şəbəkələrdə bir-birilərini müzakirəyə çıxarırlar. Bu, yaxşı hal deyil. Belə müzakirələrlə peşəmizi nüfuzdan sala bilərik. Hesab edirəm ki, vəkillər həmkarları ilə olan problemləri ictimailəşdirmək əvəzinə, birgə müzakirə yolu ilə həll etməyə çalışmalıdırlar".

Xəyalə Bünyatova

Oxşar xəbərlər