Azərbaycanda Vəkillər Kollegiyasının ilk ixtisaslaşmış komitəsi yaradılır


  • 25 May 2022 11:53

"Azərbaycanda Vəkillər Kollegiyasının ilk ixtisaslaşmış komitəsi - Biznes Hüququ Komitəsinin yaradılması gözlənilir".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasına (CCBE) üzvlüyə qəbulla bağlı ictimai təqdimat zamanı deyib.

O bildirib ki, bununla bağlı kollegiyaya müraciət daxil olub: "Komitənin yaradılmasında məqsəd ölkədə biznes hüququnun inkişaf etdirilməsi üçün üzvlar arasında, habelə biznes nümayəndələri, dövlət orqanları ilə biznes hüququnun aktual mövzularına həsr olunmuş görüşlərin keçirilməsi, müzakirələrin aparılması, qanunvericiliyin təhlili və təkmilləşdirilməsi istiqamətində təkliflərin verilməsidir. Komitə biznes hüququ ilə məşğul olan, daha dəqiq desək, biznes hüquq üzrə məsləhət xidmətləri göstərən vəkilləri birləşdirən Vəkillər Kollegiyasının daimi komitəsi olacaq".

Oxşar xəbərlər