Məzmuna keç

MHŞ: Vəkillik təsisatına yorulmaz fəaliyyətində yeni-yeni uğurlar arzu edirik

Məhkəmə-Hüquq Şurası (MHŞ) Vəkillər Kollegiyasını nüfuzlu Avropa Vəkillər Kollegiyası və Hüquq Cəmiyyətləri Şurasına (CCBE) üzv qəbul olunması münasibətilə təbrik edib.

E-huquq.az xəbər verir ki, bu barədə Şuranın rəsmi səhifəsində məlumat paylaşılıb.

"Vəkillik təsisatına vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üzrə yorulmaz fəaliyyətində yeni-yeni uğurlar arzu edirik", – deyə məlumatda qeyd edilib.