Məzmuna keç

David Asatiani: “CCBE-yə üzvlük Azərbaycanda vəkillik peşəsini daha da gücləndirəcək”

Gürcüstan Vəkillər Kollegiyasının sədri David Asatiani Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Avropa Vəkillər Kollegiyası və Hüquq Cəmiyyətləri Şurasına (CCBE) üzv qəbul olunması münasibətilə Anar Bağırova təbrik məktubu ünvanlayıb.

E-huquq.az-ın məlumatına görə, təbrik məktubunda deyilir:

"Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Avropa Vəkillər Kollegiyası və Hüquq Cəmiyyətləri Şurasına (CCBE) üzv qəbul olunması mühüm uğurdur. Bu münasibətlə hörmətli Anar Bağırovu və bütün vəkil həmkarlarımızı təbrik edirik. Bu üzvlük hüquq sahəsində Avropa təcrübəsinin bölüşülməsində və Avropa standartlarının tətbiqində əhəmiyyətli rol oynayır. İnanıram ki, CCBE-yə üzvlük Azərbaycanda vəkillik peşəsini daha da gücləndirəcək. Gürcüstan Vəkillər Kollegiyası Azərbaycan Vəkillər Kollegiyası ilə əməkdaşlığı yüksək qiymətləndirir. Vəkillik sahəsində azərbaycanlı həmkarlarımızla əməkdaşlığa hər zaman hazırıq".