Məzmuna keç

Sədr müavini: “Formal vəkilliklə” mübarizə öz bəhrəsini verib

"Ötən dövr ərzində Vəkillər Kollegiyasının fəaliyyətini nizamlayan 20-dən çox tənzimləyici qayda qəbul olunub".

E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədr müavini Pərviz Ələkbərov bildirib.

O, vəkilliyə qəbul sahəsində də əhəmiyyətli irəliləyişlərə nail olunduğunu deyib: "Məlum olduğu kimi, ölkəmizdə 2018-2022-ci il aralığında vəkillərin sayı təqribən 2135-yə çatıb. Vəkilləri sıralarında gənc vəkillərin, xanım vəkillərin sayı əhəmiyyətli dərəcədə artırılıb. Keyfiyyətli hüquqi yardımın reallaşdırılması üçün bütün tələblərə cavab verən şəraitə malik vəkil bürolarının sayı üç dəfəyədək artırılaraq 110-a yüksəldilib".

Sədr müavini vurğulayıb ki, dövlət hesabına hüquqi yardımın keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.

""Formal vəkilliklə" mübarizə öz bəhrəsini verib. Son dörd il ərzində həm paytaxt, həm də regionlarda 30 mindən çox iş üzrə aztəminatlı şəxslərə Kollegiya tərəfindən pulsuz hüquqi yardım xidmətləri göstərilib", – deyə o qeyd edib.