Qazax və Ağstafa rayonlarında ödənişsiz hüquqi yardım aksiyası keçiriləcək.
E-huquq.az xəbər verir ki, “15 İyun – Milli Qurtuluş günü” münasibəti ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə Milli Məclisin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, 13 iyun 2022-ci il tarixində Milli Məclisin deputatları Ülviyyə Ağayeva və Səməd Seyidovun təşəbbüsləri, Vəkillər Kollegiyasının dəstəyi ilə Qazax rayon Vəkil Bürosunun vəkilləri tərəfindən Qazax rayonunda, 14 iyun 2022-ci il tarixində Milli Məclisin deputatı Nizami Cəfərov, Ülviyyə Ağayevanın təşəbbüsü, Vəkillər Kollegiyasının dəstəyi ilə Tovuz rayon Vəkil Bürosunun vəkilləri tərəfindən Ağstafa rayonunda aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım göstəriləcək.
Tarix: 13 iyun 2022-ci il, saat 10:00 (Qazax rayonunda);
Tarix: 14 iyun 2022-ci il, saat 11:00 (Ağstafa rayonunda) ;
Məkan: Qazax Gənclər Evi
Məkan: Ağstafa rayon Heydər Əliyev Mərkəzi
Vəkillər Kollegiyası tərəfindən əlaqələndirici şəxs: Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin direktor müavini Afət Qaziyeva (tel.: 012 594 99 85, 050 340 09 81).
