“İnsan hüquqları haqqında Avropa Konvensiyasının Azərbaycanda tətbiqi: Hüquqi aspektlər və çağırışlar” mövzusunda konfrans keçirilib - FOTO


  • 17 İyun 2022 21:44

İyunun 17-də Avropa Şurası Bakı Ofisinin təşkilatçılığı və Vəkillər Kollegiyası ilə birgə əməkdaşlığı çərçivəsində “Park inn” mehmanxanasında “İnsan hüquqları haqqında Avropa Konvensiyasının Azərbaycanda tətbiqi: Hüquqi aspektlər və çağırışlar” mövzusunda konfrans keçirilib.

E-huquq.az xəbər verir ki, konfransda Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Avropa Şurası İnsan Hüquqları Direktorluğu Əməkdaşlıq Proqramları Şöbəsi Azərbaycan və Gürcüstan bölməsinin rəhbəri Mahir Muşteyidzadə, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin (İHAM) hakimi Lətif Hüseynov, İHAM Katibliyinin Baş Hüquqşünasları Vüqar Fətəliyev ilə Xəqani Quliyev çıxış etmiş və Vəkillər Kollegiyasının 20-dən çox üzvü, həmçinin hüquqşünaslar konfransda iştirak ediblər.

Kollegiya sədri A.Bağırov çıxışı zamanı qeyd edib ki, İHAM-a müraciətlərin düzgün tərtib olunması vətəndaşların ədalət mühakiməsinə çatımlılığında böyük rol oynayır. Bu səbəbdən, Vəkillər Kollegiyası tərəfindən vəkillərin bu sahədə biliklərinin artırılması, mütəmadi təlimlərin keçirilməsi prioritet məsələlərdən biridir və ötən dövrlərdə Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə yaradılaraq fəaliyyətə başlamış Hüquqi Yardım və Tədris Mərkəzi tərəfindən də bu sahədə görülən çoxsaylı fəaliyyətlərdən danışmışdır. Əlavə olaraq, o, hüquqi düşüncənin hazırki tələblərə uyğun olmasının zəruliyini, o cümlədən İHAM-a müraciətlərin düzgün tərtib edilməsi və bu məsələ ilə bağlı gələcəkdə Avropa Şurası ilə birlikdə müəyyən işlərin görülməsinin əhəmiyyətini vurğulayıb.

Bundan başqa, İHAM-in hakimi Lətif Hüseynov "Məhkəmənin yeni təcrübəsi və qlobal çağırışlar", Vəkillər Kollegiyasının üzvü Sevinc Əliyeva “İHAM-ə müraciətlərlə bağlı praktiki problemlər” mövzusunda təqdimat və məruzə ilə çıxış ediblər.

Qeyd edək ki, konfransın əsas məqsədi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (İHAM) presedent hüququ, İHAM təcrübəsində mülkiyyət hüquqi ilə əlaqədar Azərbaycana aid işlər eləcə də ümumilikdə məhkəmə qərarlarının icrası ətrafında müzakirələr aparmaqdan ibarətdir.

Oxşar xəbərlər