Silahlı Qüvvələri Günü münasibətilə ödənişsiz hüquqi yardım aksiyası keçiriləcək


  • 21 İyun 2022 16:06

26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibəti ilə hərbçilərə və onların ailə üzvlərinə ödənişsiz hüquqi yardım göstəriləcək.

E-huquq.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzindən bildirilib.

Qeyd olunub ki, aksiya ölkə üzrə fəaliyyət göstərən bütün vəkil qurumları tərəfindən həyata keçiriləcək. Ödənişsiz hüquqi yardım almaq istəyən hərbçilər və ailə üzvləri 24 iyun 2022-ci il tarixdə saat 09:00-dan 18:00-dək vəkil qurumlarına müraciət edə bilərlər.

Əlaqələndirici şəxs: Hüquqi Yardım və Tədris Mərkəzinin direktor müavini Afət Qaziyeva (tel.: 012 594 99 85, 050 340 09 81).

Oxşar xəbərlər