"Mirzəyev və Partnyorları" Vəkil Bürosu hərbçilərə və şəhid ailələrinə ödənişsiz hüquqi yardım göstərəcək


  • 21 İyun 2022 18:10

26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə "Mirzəyev və Partnyorları" Vəkil Bürosunun vəkilləri hərbçilərə və onların ailə üzvlərinə, həmçinin şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına ödənişsiz hüquqi yardım göstərəcək.

E-huquq.az xəbər verir ki, ödənişsiz hüquqi yardım aksiyası 24 iyun 2022-ci il tarixində saat 09.00-dan 18.00-dək davam edəcək.

Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, Azure Business Center. 11-ci mərtəbə, 68-ci otaq

Əlaqə nömrəsi: (+99412) 310 09 88

Oxşar xəbərlər